Tələskənlik, səbirsizlik, yoxsa real olaraq GECİKMƏK - Psixologiyamız nədən NARAHATDIR? 

Hazırda oxunan: Tələskənlik, səbirsizlik, yoxsa real olaraq GECİKMƏK - Psixologiyamız nədən NARAHATDIR? 

Tələskənlik, səbirsizlik, yoxsa real olaraq gecikmək - insan psixologiyasındakı narahatlıqdan mı qaynaqlanır? Psixoloq Əfsanə Rüstəmova və Günay Şahmarın fikirləri.
194342

Hər gün küçədə, yolda hətta metro platformalarında insanların sürətlə yeriməsini müşahidə edirik. Səhərlər işə, dərsə gecikməmək üçün bunu adi, normal hal hesab etmək mümkündür. İş orasındadır ki, iş saatı bitdikdən sonra da insanlar eyni sürətlə həyatlarına davam edirlər.

Mağazadakı kassa növbələri və ya piyada keçidlərində insanların səbirsiz davranıb önə keçmə cəhdlərini görməzdən gəlmək mümkün deyil. Təkcə piyadalar yox, avtomobil idarə edən sürücülər də işıqforun 30-60 saniyəlik qadağasına dözə bilmirlər, bu müddət ərzində gözləməyə heç kimin səbri çatmır. Hamı tələsir və digərinin önünə keçməyə çalışır. 

İnsanlar real olaraq harasa gecikirlər, yoxsa bu, insanın psixologiyasındakı narahatlıqdan qaynaqlanır?

Mövzu barədə Bizim.Media-ya danışan psixoloq Əfsanə Rüstəmova deyib ki, bunu səbirsizlikdən çox xaos adlandırmaq doğru olar:

“Səbrsiz, yoxsa ölkə olaraq intizamsızlıq bizim normalımıza çevrilib deyə biz harada “səbr etməli” olduğumuzu ayıra bilmirik? Müşahidə göstərir ki, bizlər bəzi anlayışları qarışdırırıq. Səbr- öz haqqından imtima etmək və ya öz haqqını başqasına verməklə edilmir. Ölkə olaraq anlayışları ortaqlaşdırmağımıza ehtiyac var. Belə ki, hər şey kimi ifadələr və onlara yüklənən mənalar da individuallaşıb. Bu özlüyündə “xaosun başlanğıcıdır”. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin