Abşeron rayonu ərazisində yaşadıqları evdə iki qızına qarşı əxlaqsız hərəkətlər etmiş 42 yaşlı kişi cinayət məsuliyyətinə cəlb edilib.
Bizim.Media xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 153.3-cü (16 yaşa çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər onu tərbiyə etmək vəzifəsi daşıyan şəxs tərəfindən törədildikdə) maddəsi ilə iş açılmış Natiq Zamanova (ad-soyad şərtidir) hökm oxunub.
Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə N.Zamanov törətdiyi əməlləri etiraf edib və özünü təqsirli bilib. Onun valideyn kimi himayəsində yaşayan yetkinlik yaşına çatmayan qızlarını tərbiyə etmək vəzifəsini daşımasına baxmayaraq, cəmiyyətdə qəbul edilmiş əxlaq normalarını və qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yaşadığı evdə zor tətbiq etmədən 2 övladına qarşı əxlaqsız hərəkətlər törətməsi qeyd edilib.
Məlum olub ki, qızlar təhsil aldıqları orta məktəbdə psixoloqla söhbət zamanı atalarının əməlləri barədə danışıblar. Daha sonra direktora bu barədə bildirilib və yeniyetmələrin anası məlumatlandırılıb.
Məktəbdən Abşeron RİH-yə və oradan sığınacağa göndərilən qızlar bir müddət psixoloji yardım alıblar.
Məhkəmədə hər iki qız və anaları Natiqdən şikayətçi olmadıqlarını və onunla barışdıqlarını bildiriblər.
Abşeron Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə N.Zamanova 2 il 2 ay həbs cəzası verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:16 / 27.05.2024
Qızlarına qarşı əxlaqsızlıq edən şəxsə cəza verildi
Hazırda oxunan: Qızlarına qarşı əxlaqsızlıq edən şəxsə cəza verildi
Hazırda oxunan: Qızlarına qarşı əxlaqsızlıq edən şəxsə cəza verildi
Abşeron rayonunda yaşayan bir şəxsın qızlarına əxlaqsızlıq edərkən təqsirli bilinərək cəza verildi. Cəza məktubunda 2 il 2 ay həbs cəzası öngörülüb.
194308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.