Bakıda yerləşən N saylı hərbi hissənin sabiq qərargah rəisi rüşvətə görə həbs edilib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, kapitan rütbəsi ilə xidmət edən Vüsal Əliyev bir neçə hərbçidən külli miqdarda rüşvət alıb.
Kapitan Əliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılıb.
V. Əliyev xidmətlərinə görə müxtəlif medallarla təltif edilib. Həmçinin o, Azərbaycanı Əfqanıstanda təmsil edən zabit kimi xidmət edib. Müdafiə tərəfi bunları nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsin xidmətlərini yumşaldıcı hal hesab edib, ona münasibətdə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən az cəza təyin etmə) maddəsini tətbiq edib.
Hökmə əsasən, Vüsal Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:08 / 27.05.2024
Sabiq qərargah rəisi rüşvətə görə HƏBS EDİLDİ
Hazırda oxunan: Sabiq qərargah rəisi rüşvətə görə HƏBS EDİLDİ
Hazırda oxunan: Sabiq qərargah rəisi rüşvətə görə HƏBS EDİLDİ
Sabiq qərargah rəisi rüşvətə görə həbs edildi. Bakıda yerləşən N saylı hərbi hissənin sabiq qərargah rəisi rüşvətə görə həbs edilib. Kapitan Vüsal Əliyev hərbi hissədən külli rüşvət alaraq Cinayət Məcəlləsinin tələb edilən maddələri ilə ittiham olunub. Onun cəzası 4 il müddətinə azadlıqdan məhrum edilməsi şərtilə təyin edilib.
194293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.