Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik - “Qarabağ”ın futbolçusu 

Hazırda oxunan: Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik - “Qarabağ”ın futbolçusu 

194280

“Növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün qalibi olan “Qarabağ”ın futbolçusu Julio Romao mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, mövsüm ərzində çəkilən əziyyətin bəhrəsini gördüklərini bildirib:

“Mövsümün əvvəlindən bu titulu qazanmağı hədəfləyirdik. Bir idmançının sonda nailiyyət əldə etməsi möhtəşəmdir. Çempion olduqsa, deməli ki, yeni mövsümdə Çempionlar Liqasının təsnifat mərhələsində oynayacağıq. Orada mübarizə aparmaq fərqlidir. Bu il Azərbaycan xalqına avrokuboklarda yaşatdığımız həyəcanı yenidən bəxş etmək istəyirik”.

27 yaşlı yarımmüdafiəçi “Qarabağ”dakı gələcəyi ilə bağlı isə bunları söyləyib:

“Klubla müqaviləm davam edir. Burada xoşbəxtəm və qalmaq istəyirəm. “Qarabağ”ın forması əynimdə olduğu müddətdə titullar qazanmaq üçün əlimdən gələni edəcəyəm. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin