“Ətraf mühit savadlılığının ölçülməsinin nədən ibarət olduğu müəyyən edilməlidir. Bu da müxtəlif təhsil sistemində qarşılaşdırılmalıdır. Bu prosesin həm də praktik olaraq ölçülməsi vacibdir”.
Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev
Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.
Nazir qeyd edib ki, hal-hazırda 26-cı il PİSA-sında 96 dövlət iştirak edir:
“Bu bizə eyni anda bir çox məsələləri anlamaq üçün məlumat verəcək. Külli miqdarda faydalı məlumatın toplanması məktəblərə də müsbət təsir edəcək. Karbon tullantıları heç də hər ölkədə eyni cür deyil. Bu dünyanın müxtəlif qərar verən qurumlarına, universitetlərə kifayət qədər töhfə verəcək. Son illərdə dayanıqlı inkişafın bir hissəsi olaraq göstəricilər ayrı-ayrı reytinq sistemlərində ali təhsil müəssisələrindən tələb edir ki, daxili idarəetmədə bu komponent nəzərə alınsın.
COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı əsaslı şəkildə artırıb. Biz bu imkandan yararlanmalıyıq.
Çünki sonra bu maraq azalacaq. Yaxşı olmayan tərəf ünsiyyətlə bağlı ola bilər. Biz elə məsələlərə diqqət yönəltməliyik ki, təhsil sisteminə dayanıqlı müsbət təsir göstərsin. Eyni zamanda cənab Prezidentin təşəbbüsü ilə keçirilən bu tədbir həm də ölkənin nüfuzunun dəyişməsinə gətirib çıxarıb”.
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:03 / 27.05.2024
“COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı artırıb” - NAZİR
Hazırda oxunan: “COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı artırıb” - NAZİR
Hazırda oxunan: “COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı artırıb” - NAZİR
COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı artırıb - NAZİR Ətraf mühit savadlılığının ölçülməsinin nədən ibarət olduğu müəyyən edilməlidir. Elm və Təhsil Naziri Emin Əmrullayev, yaşıl dünya naminə həmrəylik ili çərçivəsində düzenlenən konfransda təhsilin yaşıl artım gündəliyindəki əhəmiyyətini vurğulayıb. COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı artırıb. Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media
194262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.