Fransanın amansız müstəmləkəçilik tarixi ölkənin Yeni Kaledoniya siyasətinə təsir edib. Bu, Emmanuel Makronun prezidentliyi dövründə ən ciddi böhrana çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə İngiltərənin “The Times” nəşri yazıb.
Mənbə qeyd edir ki, Avropa seçkiləri və Paris Olimpiadası ərəfəsində prezident Makron həftələrlə davam edən ölümcül iğtişaşlardan sonra Sakit okeanın cənubuna uçub.
“Fransanın müstəmləkə vəhşiliyi tarixi onun bugünkü siyasətinə güclü təsir göstərir. Təxminən iki həftə davam edən vətəndaş iğtişaşları ikisi polis olmaqla yeddi nəfərin ölümünə səbəb olub. Makronun Yeni Kaledoniyada yaratdığı narazılıq və qınaq onun prezidentliyinin ən pis böhranlarından birinə çevrilib.
Fransa kənar qüvvələri 270 000 nəfərlik 140 ada ərazisində müxalifəti qızışdırmaq üçün köhnə müstəmləkə şikayətləri ilə oynamaqda ittiham edib: “EndFrenchColonialism” həştəqi ilə sosial mediada yazılan paylaşımlar Fransanın Ermənistanı dəstəkləməsindən hiddətlənən Azərbaycana aid edilib”, - nəşr bildirir.
Xatırladaq ki, fransızlar adaya 1853-cü ildə sahib olublar. III Napoleon ərazini imperiyanın bir hissəsi elan etdikdən sonra onu cəzaçəkmə koloniyasına çevirib.
On minlərlə məhbus nikel mədənlərində və plantasiyalarında işləməyə məcbur edilib. Nəticədə kanaklar dözülməz vəziyyətə düşüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:46 / 27.05.2024
The Times: "Yeni Kaledoniya iğtişaşlarının arxasında Fransanın qəddar müstəmləkə tarixi dayanır"
Hazırda oxunan: The Times: "Yeni Kaledoniya iğtişaşlarının arxasında Fransanın qəddar müstəmləkə tarixi dayanır"
Hazırda oxunan: The Times: "Yeni Kaledoniya iğtişaşlarının arxasında Fransanın qəddar müstəmləkə tarixi dayanır"
The Times: "Yeni Kaledoniya iğtişaşlarının arxasında Fransanın qəddar müstəmləkə tarixi dayanır" Fransanın amansız müstəmləkəçilik tarixi ölkənin Yeni Kaledoniya siyasətinə təsir edib. Emmanuel Makronun prezidentliyi dövründə ən ciddi böhrana çevrilib.
194255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.