Daha 3 güləşçimiz Bakıdakı Avropa çempionatında medal qazandı

Hazırda oxunan: Daha 3 güləşçimiz Bakıdakı Avropa çempionatında medal qazandı

Azərbaycanın daha üç sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında medal qazanıb. Cəbrayıl Qadjiyev (74 kq) qızıl, Nurəddin Novruzovla (61 kq) Arseni Djioyev bürünc mükafata sahib çıxıb. Kənan Heybətov və Ali Tsokayev gümüş medal, yunan-Roma güləşi millisi isə qızıl, gümüş və bürünc medal qazanaraq birincilik dəstəsini əldə edib.

194189

Azərbaycanın daha üç sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında medal qazanıb.

Bizim.Media xəbər verir ki, Cəbrayıl Qadjiyev (74 kq) qızıl, Nurəddin Novruzovla (61 kq) Arseni Djioyev bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) ötən gün gümüş medal qazanıblar.
Daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub.

Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin