Arxiyepiskop Baqrat Qalstanyan “Vətən uğrunda Tavuş” hərəkatından Ermənistanın baş nazirliyinə namizəd elan edilib.
Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu şərqşünas Qurgen Melikyan İrəvanda keçirilən mitinqdə açıqlayıb.
Qalstanyanın özünün dediyinə görə, o, katolikosdan onun 30 illik mənəvi xidmətini dondurmağı xahiş edib. Arxiyepiskop əlavə edib ki, onun ikili vətəndaşlığı var ki, bu da məhdudiyyətləri nəzərdə tutur.
Xatırladaq ki, Ermənistanda etirazlar aprelin 19-da İrəvan və Bakının Tavuşla sərhədin delimitasiyasına başlamağa razılaşdığı bəlli olduqdan sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə başçılıq edən erməni kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyanı istefaya çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
18:35 / 26.05.2024
Baqrat Ermənistanın baş naziri postuna namizəd oldu
Hazırda oxunan: Baqrat Ermənistanın baş naziri postuna namizəd oldu
Hazırda oxunan: Baqrat Ermənistanın baş naziri postuna namizəd oldu
Baqrat Qalstanyan, "Vətən uğrunda Tavuş" hərəkatından gələn Ermənistanın baş naziri olmaq üçün namizədlik irəli sürüb. Mitinqdə açıqlamalar edərkən o, katolikosdan mənəvi xidmətini dondurmağı xahiş edib və ikili vətəndaşlığının məhdudiyyətlərini qeyd edib.
194182
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.