Qazaxda selin qarşısı necə alınır? - FOTO

Hazırda oxunan: Qazaxda selin qarşısı necə alınır? - FOTO

Son günlər Qazaxda yaşanan yağışlar nəticəsində Ağstafaçay, Coğazçayı və Kür çayının daşması ilə su baskınları yaşanıb. Təbii fəlakət nəticəsində torpaq sahələri, kafelər və evlər suyun altında qalıb. Rayonun İkinci Şıxlı kəndində selin qarşısının alınması üçün işlər davam etdirilir.
194168

Son günlər yağan yağışlardan sonra Qazaxda Ağstafaçay və Coğazçayı, eyni zamanda, Kür çayı daşıb. Təbii fəlakət bəzi fəsadlar törədib. Torpaq sahələri və kafelər suyun altında qalıb.

Bizim.Media xəbər verir ki, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafaçayın daşması nəticəsində mal bazarı və yaxınlıqdakı obyektlərin, avtomobil təmiri sexləri və bəzi tikililərin ərazisini su basıb. Rayonunun İkinci Şıxlı kəndi ərazisində də sel müşahidə edilir.

Xram çayının daşması nəticəsində rayonun İkinci Şıxlı kəndində bir neçə kafe, torpaq sahələri suyun altında qalıb.

Hazırda təbii fəlakətin qarşısının alınması istiqamətində işlər görülür, əraziyə texnikalar cəlb olunub. Hələ ki yaşayış evlərinə suyun dolması barədə məlumat daxil olmayıb. Qazax rayon fövqəladə hallar komissiyasından bildirilib ki, selin qarşısının alınması üçün işlər davam etdirilir.
Təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşir. Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin