Ukrayna prezidenti Vladimir Zelenski ümid edir ki, Rusiya lideri Vladimir Putinlə görüş Donbasdakı vəziyyətin kəskinləşməsinin qarşısını almağa kömək edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə o, İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə danışıb.
Dövlət başçısı qeyd edib ki, Ukraynanın cənub-şərqindəki münaqişə Avropadakı yeganə müharibədir:
MÖVZU İLƏ BAĞLI:
Zelenski Putinə “Vatikana gəl” dedi
"Mövcud formatlara əlavə olaraq birbaşa prezident danışıqlarına da ehtiyac var".
Dövlət başçısı Donbasdakı qarşıdurmanın yalnız Ukraynada deyil, bütövlükdə Avropada vəziyyəti gərginləşdirdiyi əlavə edib.
O, rusiyalı həmkarı ilə danışıqlar zamanı düşmənçiliyə son qoymaq üçün konkret bir plan hazırlamaq mümkün olacağına ümid etdiyini bildirib.
Keçən həftə Zelenski Putinə "Donbasın müharibə olan hər yerində görüş" təklif edib. Rusiya prezidenti cavab verib ki, Kiyev, ilk növbədə özünü respublika elan bölgələrin rəhbərliyi ilə dialoq aparmalıdır:
“İkitərəfli gündəliyi müzakirə etmək istəsə, ukraynalı həmkarımı Moskvada qəbul etməyə hazıram. Bura nə Krım, nə də Donbas daxildir”.
Bazar ertəsi günü Ukrayna prezidenti deyib ki, hər şey Putinlə görüşün baş verəcəyi nöqtəyə gedir:
“Vaxt və yerin seçilməsi isə sadəcə detallardır”.
Kreml prezident administrasiyalarının daim təmasda olduğunu təsdiqləyib.
Bizim.Media