İrəvan Türk Cümhuriyyətindən spikerə müraciət – “Nüvədi haqda sənədi ləğv edin”

Hazırda oxunan: İrəvan Türk Cümhuriyyətindən spikerə müraciət – “Nüvədi haqda sənədi ləğv edin”

19413

“İrəvan Türk Cümhuriyyəti Zəngəzurla bağlı bütün gəlişmələri diqqət mərkəzində saxlayır və burada baş verən siyasi prosesləri izləyir. Bizim üçün əsas prioritet Zəngəzurun Qərb hissəsinə zaman- zaman buradan qanunsuz şəkildə çıxarılmış əhalimizin dönüb yaşamasıdır. Hüquqi mücadiləmizi də bu istiqamətdə aparırıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı deyib. O əlavə edib ki, “Zəngəzurun bir parçası olan Nüvədi kəndi ilə bağlı həssaslığımız da bununla əlaqədardır:

“Ermənilər bu kəndi dağıdır, bütün maddi mədəniyyət  abidələrimizi məhv edirlər. Bir an öncə Nüvədi ilə bağlı verdiyimiz bəyanatla bağlı bütün məsələlər həll edilməlidir. Bir ay əvvəl verdiyimiz bəyanatdan sonra  500 nəfərdən artıq nüvədili bizə müraciət edib.

Onlar 1929-cu il Nüvədi kəndinin Ermənistana verilməsi və bunun təsdiqi ilə bağlı Azərbaycan  SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli xəyanətkar fərmanının ləğv edilməsini istəyirlər”.   

Bu məqsədlə İTC Millət Şurası Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət təqdim edib. Müraciətdə həmçinin Nüvədidəki erməni vandalizminin ictimailləşdirilməsi xahiş olunur.

Müraciətdə 1969-cu ildə Nüvədi kəndinin Ermənistana verilməsinə dair Azərbaycan SSR Ali Sovetinin qərarının ləğvinə çağırış da yer alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin