Mayın 26-da ali təhsil müəssisələrinə qəbul imtahanı verən ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2009-cu ildəndir.
Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanda 48978 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 44353 nəfəri Azərbaycan, 4625 nəfəri rus bölməsinin məzunudur. İmtahan verənlərin 20446 nəfəri oğlan, 28532 nəfəri qızdır. 41543 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 7435 nəfər əvvəlki illərin məzunudur. 98 nəfər ali təhsil müəssisələrinin, 1425 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 181 abituriyent xarici ölkə vətəndaşıdır.
Xatırladaq ki, DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.
II ixtisas qrupu üzrə imtahanda 23874, III ixtisas qrupu üzrə imtahanda 25104 nəfərin iştirakı nəzərdə tutulur.
İmtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edir. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:57 / 26.05.2024
DİM: Bugünkü imtahanlarda ən yaşlı abituriyentin 59 yaşı var
Hazırda oxunan: DİM: Bugünkü imtahanlarda ən yaşlı abituriyentin 59 yaşı var
Hazırda oxunan: DİM: Bugünkü imtahanlarda ən yaşlı abituriyentin 59 yaşı var
Bugünkü imtahanlarda DİM ən yaşlı abituriyentin 59 yaşında olduğunu və 4878 abituriyentin iştirak etdiyini bildirib. İmtahanda sağlamlıq imkanları məhdud olan abituriyentlər üçün xüsusi tədbirlər gözlənilir.
194125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.