İngiltərənin kral tacı kimin başına qoyulacaq?

Hazırda oxunan: İngiltərənin kral tacı kimin başına qoyulacaq?

19409

İngiltərə kraliçası ll Yelizavetanın həyat yoldaşı Şahzadə Filipin ölümü, kral taxt-tacının yeni varisinin kim olacağı mövzusunun yenidən aktuallaşmasına səbəb olub. 

Lakin Filipin ölümü taxt-tacın gələcək sahibinin kim olacağı ilə bağlı heç bir dəyişikliyə səbəb deyil. Çünki krallıq ənənələrinə görə, kraliçanın həyat yoldaşı olmaq, taxt-taca iddia etmək üçün heç bir əsas vermir.

ll Yelizavetadan sonra İngiltərə taxtının varisi şahzadə Filipin böyük oğlu Şahzadə Çarlzdır. Çarlzdan sonra taxtın varisi isə onun böyük oğlu Şahzadə Vilyamdır.

Vilyamdan sonra taxt-tacın sahibi isə onun böyük övladı olacaq.

Hər nə qədər bütün dünyada populyar olsa da, Şahzadə Harry yalnız Şahzadə Vilyamın övladlarından sonra taxt-taca iddia edə bilər. Lakin 3 il öncə kraliyyət ailəsindəki irqçilik qalmaqalından sonra ABŞ-a köçən Şahzadə Diananın oğlu Harrinin İngiltərəyə geri dönməsi inandırıcı görünmür.

Bəs, Kraliçanın ölümü İngiltərə üçün nəyi dəyişəcək? 

İngiltərə taxtına kimin oturmasından asılı olmayaraq, hakimiyyətə gələcək şəxsin İngiltərə siyasətində yeni dəyişikliklərə imza atacağı inandırıcı görünmür. Çünki 400 ilə yaxın müddətdə İngiltərə idarəetməsində parlamentin hüquqları getdikcə çoxalıb, bunun nəticəsində Krallığın səlahiyyətləri azalmış və sadəcə simvolik olaraq varlığını saxlayıb.

İngiltərə taxtının sahibi qanuni olaraq bir çox hüquqlara sahib olsa da, dövləti səlahiyyətlər baş nazir tərəfindən icra olunur və kraliça yalnızca formal olaraq səllahiyyətlərin icraçısı olaraq göstərilir. Kraliçanın parlamentin qəbul etdiyi qərarları veto etmək hüququ belə yoxdur.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin