Göyçayda baş verən ağır qəzada xəsarət alanların kimliyi məlum olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bunlar “Volkswagen” markalı avtomaşının sərnişini Soltanov Ramin Maarif oğlu və “LADA Priora” markalı avtomaşının sürücüsü Rəhimov Ramin Müslüm oğludur.
Qeyd edək ki, yol - nəqliyyat hadisəsi Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu