DİN kiber cinayətkarlarla bağlı vətəndaşlara müraciət edib - ALDANMAYIN!

Hazırda oxunan: DİN kiber cinayətkarlarla bağlı vətəndaşlara müraciət edib - ALDANMAYIN!

194082

Kiber cinayətkarlar “O” hərfini böyük hərf, kiçik hərf və ya "0" rəqəmi, “I”-dan “i”, yaxud əksinə geniş istifadə edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir:

“Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur. Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir. Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin