Zelenski: “Xarkova edilən hücum rus dəliliyinin təzahürüdür”

Hazırda oxunan: Zelenski: “Xarkova edilən hücum rus dəliliyinin təzahürüdür”

194074

“Xarkova edilən bugünkü hücum rus dəliliyinin növbəti təzahürüdür”. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

“Yalnız Putin (Rusiya prezidenti Vladimir Putin) kimi dəlilər insanları bu cür alçaq şəkildə öldürməyə və terror etməyə qadirdir.

Mən dünya liderlərinə Ukraynanın kifayət qədər hava hücumundan müdafiəsinə və real qətiyyətə ehtiyac olduğunu deyəndə, məni dinləyib, xalqımızın həyatını effektiv şəkildə qorumağa imkan vermək lazımdır ki, rusiyalı terrorçular ərazilərimizə yaxınlaşa bilməsinlər. Buraya sərhədlərimiz də daxildir. Mən dünya ölkələrinə müraciət edəndə məhz bu cür terror aktlarının qarşısını necə almaqdan danışıram”, - deyə Zelenski qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin