Azərbaycanda 2 bankın ləğv prosesi yekunlaşdırılıb

Hazırda oxunan: Azərbaycanda 2 bankın ləğv prosesi yekunlaşdırılıb

194053

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan iki bankın - "Azərbaycan Kredit Bankı" ASC və "Borçalı" KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılıb.

Bu barədə Bizim.Media-ya ƏSF-dən bildirilib.

"2024-cü ilin əvvəlində fondun ləğvetməsində 23 bank olub, onlardan altısı üzrə bu prosesin başlanması 2020-ci ildən sonrakı dövrə təsadüf edib.

"İki bankın - "Azərbaycan Kredit Bankı" ASC və "Borçalı" KB-nin ləğv prosesi yekunlaşdırılıb. Digər dörd bank - "Royalbank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Gəncəbank" ASC və "Dəmirbank" ASC üzrə isə sonuncu növbədə olan təminatsız kreditor tələblərinin ödənilməsi icra edilir. 2020-ci ildən hazırkı vaxtadək olan dövr ərzində sığorta hadisəsi baş vermiş altı bankın əmanətçilərinə 893 milyon 598 min 111 manat ekvivalentində kompensasiya, fonda ləğvetmə funksiyasının həvalə edildiyi dövr ərzində isə ləğv prosesində olan bankların öhdəlikləri üzrə sonuncu növbəlilikdə olan kreditorlarına ümumilikdə 32 milyon 236 min 851 manat məbləğində vəsait ödənilib və bu proses davam edir", - deyə ƏSF-dən bildirilib.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün 2007-ci ildə yaradılıb. "Banklar haqqında" qanuna əsasən 2017-ci ildə ƏSF-yə əlavə olaraq bankların ləğvetmə funksiyası həvalə edilib.

Sözügedən funksiyanın həvalə edilməsi ilə fond ləğv prosesində olan bankların aktivlərinin idarəedilməsini həyata keçirərək bankların digər şəxslər qarşısında olan öhdəliklərinin icra edilməsi və qalan aktivlərin bank səhmdarları arasında bölüşdürülərək ləğv prosesinin mümkün qədər sürətlə və effektiv şəkildə başa çatdırılması vəzifəsini də yerinə yetirməyə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin