Ağacların kəsilməsi faktı təsdiqləndi - Sənədlər prokurorluğa göndərildi

Hazırda oxunan: Ağacların kəsilməsi faktı təsdiqləndi - Sənədlər prokurorluğa göndərildi

19399

Qax rayonunun Zəyəm kəndindəki qəbiristanlığın ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Ağacları budayırıq deyib, yaşıllıqlarımızı kəsirlər” - Şərifzadə küçəsində sakinlər ayağa qalxdı - FOTO


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, Qax rayonu Zəyəm bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 3 ağacın kəsildiyi və təbiətə 6600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Qax rayon Prokurorluğuna göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin