Elşaddan Ruhəngizə ATMACA: “Sənin kimi çimərlik geyimində filmə çəkilməmişəm” – VİDEO

Hazırda oxunan: Elşaddan Ruhəngizə ATMACA: “Sənin kimi çimərlik geyimində filmə çəkilməmişəm” – VİDEO

Elşadın Ruhəngiz Musəviyə atmaca atması və efir zamanı yaşadıqları dialoq haqda maraqlı məlumat.
193978

Efirdə Əməkdar artist Ruhəngiz Musəvi və həmkarı Elşad Qarayev arasında gərginlik yaşanıb.

Bizim.Media xəbər verir ki, müğənnilər qonaq olduqları “Zaurla Günaydın” verilişində bir-birinin ünvanına atmaca atıblar.

Ruhəngizin kinayəli şəkildə “Elşad, belə işlərin də var? Sən belə mahnılar da oxuyursan?!” deməsinə Elşad “Sən də kinolara çəkilirsən də” cavabını verib. Bunun qarşılığında Musəvi “Çəkilmişəm, belə əcəb etmişəm” söyləyib.

Elə bu anda Elşadın “Mən geyimdə oxumuşam. Kostyumda mahnılarımı oxuyuram” sözləri proqramın aparıcısı Zaur Baxşəliyevi təəccübləndirib. Zaur “Elşadın Ruhəngizə atmacasını gördün? Bu çox ağır atmaca oldu” deyib. Bunu eşidən Musəvi “O zamanlar “Baladadaşın ilk məhəbbəti” filminə çimərlik geyimində çəkilmişəm. Mən incə qız idim. Su pərisi kimi idim. İnanın Allaha, illərdir ki, dənizə getmirəm” sözlərini söyləyib.
Elşad Zaurdan Ruhəngizin çimərlik geyimində çəkildiyi “Baladadaşın ilk məhəbbəti” filmindən görüntülərini efirdə yayımlamağını istəyib. Baxşəliyev isə səhər efirində bu cür görüntülərin göstərilməsinin yasaq olduğunu vurğulayıb.
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin