“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

Hazırda oxunan: “Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

193934

"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Erik ten Haqla bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi niderlandlı mütəxəssislə yollarını ayıracaq. Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Teh Haq Federasiya Kubokunun "Mançester Siti" ilə final matçından sonra istefaya göndəriləcək. Komanda kuboku qazansa, belə 54 yaşlı məşqçi ilə yola davam edilməyəcək.
Qeyd edək ki, Erik ten Haq 2022-ci ilin yayından "Mançester Yunayted"i çalışdırır. "Qırmızı şeytanlar" ötən mövsüm onun rəhbərliyi altında Liqa Kubokunun qalibi olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin