Azad edilmiş ərazilərdə sahibkara dövlət zəmanəti ilə ilk kredit verilib

Hazırda oxunan: Azad edilmiş ərazilərdə sahibkara dövlət zəmanəti ilə ilk kredit verilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən rezidentlərin maliyyəyə çıxışı artıq həll edilib. Dövlət zəmanəti ilə sahibkarlara verilən ilk kreditlər haqqında Ələkbər Məmmədov məlumat verib.
193913

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən rezidentlərin maliyyəyə çıxışı artıq həll edilib".

Bizim.Media report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, hökumət 500 milyon manat həcmində kredit portfeli təqdim edib:

"Bu kreditlərin 450 milyon manatına dövlət zəmanəti verilib. Dövlət zəmanəti ilə kreditlərdən bu ərazidə çalışanlar istifadə edə bilərlər".

Ə.Məmmədov bildirib ki, bu ərazilərdə fəaliyyət göstərən bir sahibkar üçün bir kreditin məbləği beş milyon manatı keçməmək şərti ilə dövlət zəmanəti verilir. Bu kreditlərin müddəti yeddi il nəzərdə tutulur.
"Burda əsas məsələ kredit faizlərinin subsidiyalaşdırılmasıdır. 10%-ə qədəri dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ilin fevral ayının əvvəlindən elektron kredit və zəmanət informasiya sistemi fəaliyyət göstərir. Bu portal üzərindən artıq müraciət də qəbul edilib. İlk sahibkar 800 min manat kreditə 720 min manat dövlət zəmanəti ilə vəsait götürüb. Bu proses davam edir", - DVX-nın Baş İdarənin rəisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin