"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının 4-cü oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının 4-cü oyunu bərabər mübarizə şəraitində başlayıb.
Daha sonra oyunun sonlarında üstünlüyü ələ keçirən "Sabah", yekunda 74-69 hesablı qələbə qazanıb. Bu qələbə ilə final seriyasında ümumi hesabı 3-1 edən "Sabah", arxa-arxaya ikinci dəfə Azərbaycan Basketbol Liqasında çempion olub.
Final seriyasının ən dəyərli oyunçusu (MVP) "Sabah" klubundan Şirzad Sirzadov seçilib.
Rəşad Rafiqoğlu, Bizim.Media