Lukaşenko ABŞ-ı İTTİHAM ETDİ: "Rəisinin ahı sizi tutacaq" - VİDEO

Hazırda oxunan: Lukaşenko ABŞ-ı İTTİHAM ETDİ: "Rəisinin ahı sizi tutacaq" - VİDEO

193891

“İrandakı helikopter qəzasına Birləşmiş Ştatların alçaq, iyrənc siyasəti səbəb olub. Bu alçaqların insanları daşıyan təyyarələrə qarşı sanksiyalar tətbiq etmək hüququ yox idi”.

Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko İran prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Belarus lideri qeyd edib ki, bu, onun prezident kimi deyil, ilk növbədə şəxs kimi mövqeyidir:

“Ölən şəxslərin hamısı mömin insanlar idilər, elədirsə, ABŞ gözləsin. Bu insanların ahı ilə mütləq cavablarını alacaqlar”.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmir Abdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin