Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bakıda keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 53 kiloqram çəkidə mübarizə aparan idmançı həlledici qarşılaşmada ukraynalı Liliya Malançukla üz-üzə gəlib.
Rəqibinə məğlub olan E. Məmmədova gümüş medalla kifayətlənib.
Bu gün, həmçinin digər qadın güləşçilərdən Jalə Əliyeva (57 kiloqram) qızıl, Mərziyyə Sadıqova (72 kiloqram) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:23 / 24.05.2024
Qadın güləşçimiz Avropa çempionatının gümüş medalını QAZANDI
Hazırda oxunan: Qadın güləşçimiz Avropa çempionatının gümüş medalını QAZANDI
Hazırda oxunan: Qadın güləşçimiz Avropa çempionatının gümüş medalını QAZANDI
193884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.