«Tezliklə Sünik (Zəngəzur-red) ikitərəfli dəmir yolu və magistral yolların inşası üçün nəhəng tikinti sahəsinə çevriləcək. Azərbaycan və Türkiyə qoşunları inşaat işlərində iştirak edən minlərlə azərbaycanlı və türk işçinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanla Naxçıvan arasında “müvəqqəti” olaraq yerləşdiriləcək».
Bizim.Media xəbər verir ki, bu fikirlər Zəngəzur dəhlizi ilə bağlı "Hraparak" qəzetinin irəli sürdüyü proqnozda yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzur koridoru açılır... - Hadisələrin TƏHLİLİ
Nəşrdə yazılır ki, tikinti işləri bir il ərzində başa çatacaq, daha sonra “müvəqqəti” gələn qoşunların qalması üçün ərazidə hərbi bazalar quracaqlar.
Həmçinin bölgədəki erməni əhali də təhlükəsizlik səbəblərinə görə boşaldılacaq.
Bizim.Media