Cəmi 80 manat olan veteran pulu nəqliyyat və digər xərcləri ödəmir.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib.
Deputat bildirib ki, veteran pulu ən son 2019-cu ildə artırılıb:
“Veteranlar sual edir ki, niyə veteran pulunda artım olmur. Yaralanmış veteranlar və digərlərinin veteran pulunda niyə fərqlərin olmaması məsələsi də qaldırılır”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, postmüharibə dövründə həmin şəxslərə göstərilən sosial dəstək tədbirlərindən 105 mini sosial ödənişlərə aiddir:
“Sosial ödənişləri mütəmadi nəzərdən keçirməklə yanaşı, onların sosial inteqrasiyası da diqqət mərkəzindədir. Onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsini, yaralanan veteranların reabilitasiyasını təşkil edirik. Məsələyə kompleks yanaşırıq. Konkret bu cür fərqlərin tətbiq edilməsi ilə bağlı isə müzakirələr apara bilərik”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:32 / 24.05.2024
Veteranlara verilən müavinət ARTIRILACAQ?
Hazırda oxunan: Veteranlara verilən müavinət ARTIRILACAQ?
Hazırda oxunan: Veteranlara verilən müavinət ARTIRILACAQ?
193839
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.