Psixoloqa müraciət edənlərin sayı niyə ARTIB? 

Hazırda oxunan: Psixoloqa müraciət edənlərin sayı niyə ARTIB? 

Son illərdə psixoloqa müraciət edənlərin sayı artıb. COVID-19 pandemiyasının insanlarda yaşanan xəstəlik qorxusu və qapanıqlar psixoloji problemlərin artmasına səbəb olub. Psixolojik dəstəyə olan ehtiyac artarkən, nəslin artıq stress və depressiyaya daha çox məğlubiyət yaşadığı qeyd edilir.

193837

Son illərdə psixoloqa müraciət edənlərin sayı artıb. Bu təkcə ölkəmizdə deyil, dünyada da belədir. Dünyada aparılan mütəxəssis araşdırmasına görə, bu hal koronavirus pandemiyasından sonra çoxalıb.

Azərbaycan da proseslərdən kənarda deyil, ölkəmizdə COVID-19 zamanı yaşanan xəstəlik qorxusu, həmçinin qapanmalar insanlarda mənfi izlər buraxıb, travma yaşadıb. Psixoloqa müraciət edənlərin say artımında bu variant istisna edilmir.

Digər tərəfdən, sayın artımını həm sözügedən peşə sahiblərinin aktivliyindən, həm də sosial şəbəkələrdə gedən müzakirələrdən görmək mümkündür. Daxili narahatlıqlarından qurtulmaq istəyənlər dərdlərini əvvəllər axar suya, qohum-qonşuya danışırdısa, indi çarəni mütəxəssisdə, psixoloqda axtarırlar.

Maraqlıdır ki, bu hal müsbət, yoxsa mənfidir? Əvvəlki dövrün insanları ilə müqayisədə nə dəyişib?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən psixoloq Gülnar Orucova bunun həm yaxşı, həm də pis hal olduğunu deyib. 

O, fikrini belə əsaslandırıb:

“Yaxşı tərəfi odur ki, insanlar özləri psixoloji gərgin olduqlarını, depressiya yaşadıqlarını, hər hansı problem yaşadıqda özləri başa çıxa bilmədiyi və bir mütəxəssisdən dəstək almaq istədiklərini bilirlər.

Ümumilikdə götürəndə isə hardasa pisdir. İnsanlar artıq stressə dözümsüz olurlar, yəni günlük həyatımızda stress var, biz onu nə qədər həyatımızdan kənarda saxlamağa çalışsaq da mümkün olmur. Bu səbəbdən dolayı insanlar özlərini stressə hazırlamalı və stressə davamlı olmalıdırlar. Hər hansı işi dava, mübahisə ilə deyil, səbrli, düzgün yolla təhlil edərək son qərarlarını özləri verə bilməlidirlər”.
Psixoloq əvvəlki dövrün insanlarını daha təmkinli, səbrli və çətinliyə dözümlü kimi dəyərləndirib. O, müasir nəslin hadisə və situasiyalara daha həssas, emosional yanaşdıqlarını, qapanıqlı və dözümsüz olduqlarını bildirib. 

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin