Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə görüşündə Azərbaycana səfəri zamanı müzakirə etdiyi məsələdən danışıb.
Bizim.Media xəbər verir ki, Lukaşenko Qafqaz regionu üzrə təklif irəli sürdüyünü açıqlayıb.
“Regionumuz və Qafqazın təhlükəsizliyinə dair çox maraqlı təkliflərim var. Azərbaycana səfərim zamanı bununla bağlı çox ciddi müzakirə apardıq", - Belarus lideri bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 23-də Belarusa rəsmi səfərə gedib.
Bizim.Media