«Keçən il ailə üzvlərimdən itirdiklərim olub» - Sahil Babayevdən koronavirusla bağlı  üzücü AÇIQLAMA 

Hazırda oxunan: «Keçən il ailə üzvlərimdən itirdiklərim olub» - Sahil Babayevdən koronavirusla bağlı  üzücü AÇIQLAMA 

19376

“Mən özüm də COVID-19 əleyhinə vurulan peyvəndin hər iki dozasını almışam. Xəstə anamdan tutmuş, cavan yaşlı qardaşıma, qohumlarıma da peyvənd vurdurmaqlarını tətbiq etmişəm”.

Bizim.Meda xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahil Babayevin anasının əlilliyi ilə bağlı iddialara RƏSMİ CAVAB


Nazir bildirib ki, hər kəs peyvənd olunmasa fəsadlar ağır olacaq:

“Çünki keçən il COVID-19-a yoluxan qohum və ailə üzvlərimdən itirdiklərim olub. Bəzən nə etsək də, ölümün qarşısını ala bilmirik”.

S.Babayev bildirib ki, nazirliyin kollektivindən 900 nəfəri COVID-19-a yoluxub: “İşçilərimizdən altı nəfəri virusdan dünyasını dəyişib. İşçilərimizin ailələrində yaxınlarını itirənlər daha çox olub.

Çox sayda əməkdaşlarımız vaksinasiya prosesindən keçib. Bununla yanaşı, 40 yaş üzəri olan işçilərimizin demək olar hamısı peyvənd vurdurub”. (Report)

Bizim.Meda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin