Çin ordusu Tayvanı döyüş gəmiləri ilə tamamilə mühasirəyə alıb - FOTO

Hazırda oxunan: Çin ordusu Tayvanı döyüş gəmiləri ilə tamamilə mühasirəyə alıb - FOTO

Çin ordusu Tayvanı döyüş gəmiləri ilə tamamilə mühasirəyə alıb. Tayvan sahillərində genişmiqyaslı hərbi təlimlər keçirilir. Tayvan Müdafiə Nazirliyi təlimləri qınayıb, milli təhlükəsizliyin qorunacağı vurğulanıb.
193736

Çin ordusu Tayvan sahillərində genişmiqyaslı hərbi təlimlər keçirməyə başlayıb.

Bizim.Media xəbər verir ki, Xalq Azadlıq Ordusu komandanlığının məlumatına görə, təlimlər Tayvan boğazında, Tayvan adasının şimal, cənub və şərqində, həmçinin Kinmen, Matsu, Vuqiu və Donqyin adaları ətrafındakı ərazilərdə keçirilir.

Şərq Döyüş Komandanlığının sözçüsü Li Si bildirib ki, mayın 23-24-də Döyüş Komandanlıq Zonasının Ordu, Dəniz, Hərbi Hava Qüvvələri və Raket Qüvvələrinin üzvləri “Birgə kəskin qılınc-2024” kod adlı birgə təlimdə iştirak edəcəklər. 

Öz növbəsində Tayvan Müdafiə Nazirliyi ÇXR-i təlimləri keçirməyə görə qınayıb.

“Biz münaqişə axtarmırıq, amma münaqişədən də qaçmaq fikrində deyilik. Milli təhlükəsizliyimizi qoruyacağımıza tam əminik”, - deyə Tayvan Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib.

Qeyd edək ki, Tayvan sahillərində keçirilən təlimlər mayın 20-də hakim Demokratik Tərəqqi Partiyasının (DPP) namizədi, yeni prezident Lai Qingdenin andiçmə mərasimindən sonra başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin