“Evlənməyimə və toyuma hazırlıqlar hələ də davam edir (gülür)”.
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov “Maqazin plyus” verilişinə müsahibəsində deyib.
Ötən il evlənəcəyinin müjdəsini verən Nuran hələ də ailə qurmamasının səbəbini belə açıqlayıb:
“Hər şeyin öz vaxtı var. 10 ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Müalicələr almışam və hələ də alıram. Həkimlər müalicələrimlə əlaqədar mənim ailə qurmağıma icazə vermirdilər. Təbii ki, o zamandan bəri illər keçib, amma yenə də onların nəzarətindəyəm. İndi isə həkimlər ailə qurmağımla bağlı heç bir şey demirlər. Qismət”.
Rəşad Əliyev, Bizim.Media