Paşinyan Moskvadan tamamilə ayrılmağa çalışır - Rusiyalı politoloq

Hazırda oxunan: Paşinyan Moskvadan tamamilə ayrılmağa çalışır - Rusiyalı politoloq

193594

Rusiyalı politoloq Viktoriya Fedosova Ermənistanın baş naziri Paşinyanın Moskvaya səfərini və bunun Ermənistan-Rusiya münasibətlərinə təsirini şərh edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus internet resurslarında yer alıb.

Onun sözlərinə görə, Paşinyanın Moskva səfərindən sonra heç bir dəyişiklik baş verməyib:

"Moskva ilə İrəvan arasında hərbi-siyasi qarşılıqlı fəaliyyətin azalması tendensiyası saxlanılıb. Ayrı-ayrı rus birləşmələrinin Ermənistan ərazisindən çıxarılmasını gördük. Bununla belə, görüşün diqqət mərkəzində iqtisadi əməkdaşlıq olub, çünki Ermənistan hələ də Aİ-yə (Avropa İttifaqı) daxil olmaq arzusunda olduğu halda, AİB-nin (Avrasiya İqtisadi Birliyi) bir hissəsi olaraq qalır", Fedosova bildirib.

Politoloqun fikrincə, Paşinyan Bakının tələblərini yerinə yetirməyə hazırdır.

“Ermənistanın təhlükəsizliyi baxımından Rusiyanın Qərblə əvəzlənməsinə gəlincə, bu, obyektiv geostrateji və geoiqtisadi səbəblərdən müsbət nəticə verməyəcək. Çünki gecikmiş bir nəticədir.

Qərb bütövlükdə vəd verməklə Ermənistanı qidalandıra bilər. Ermənistanın təhlükəsizliyi əsas regional oyunçular: Rusiya, Türkiyə, Qərb və İran arasında balansla təmin oluna bilər. Regional sabitlik üçün İranla əlaqələrin davam etdirilməsi Paşinyanın fransızların dəstəyini almaq istəyindən daha mühüm amildir”, - Fedosova yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin