İTV-də rejissor kimi çalışan Kamran Bünyatovun həyat yoldaşı Hülya Hüseynova əri ilə bağlı polisə müraciət edib.
Bizim.Media xəbər verir ki, istinadən xəbər verir ki, Hülya Hüseynova bu barədə özünün “Instagram” hesabında paylaşım edib.
Qadın bildirib ki, həyat yoldaşı ona xəyanət edib:
"İTV-də çalışan Kamran Bünyatov iş yoldaşı Məryəmlə gecələr eyş-işrət qurur. Məni boşatdırıb, uşaqla küçəyə atırlar. Qanunda qadın evdardırsa, yoldaşı işləməyə qoymadı deyə, ancaq uşaq böyütməlidir? Hörmət yoxdur? Bayıl məhkəməsi qeydiyyatda olduğum halda məni hansısa yollarla evdən atırlar.
8-ci polis bölməsində iş gedir, ərim məni döyür. Həyat yoldaşım polisi aldadır, barışıq edir, amma sonra məni döyüb, gecə ilə küçəyə atır. Uşaqla küçədə qalıram. Mənə işgəncələr verir, gəzdiyi qadını evə gətirmək istəyir.
Məni evdən atırlar, yardım edin. 10 aydan çoxdur ki,səhərimi həyəcanla açırdım, şübhə məni yeyirdi. Ürəyim bulanırdı, məni həmin qadınla özü danışdırdı. Buna baxmaz dediyim, qadına baxıb, üstəlik də necə lazımdır. 15 illik arvadını, uşağını atan, səhər də səni atacaq".
Bizim.Media