Azərbaycan nümayəndə heyəti İranda anım mərasimində iştirak etdi – FOTO/VİDEO  

Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti İranda anım mərasimində iştirak etdi – FOTO/VİDEO  

Azərbaycan Respublikasının nümayəndə heyəti İran İslam Respublikasında anım mərasimində iştirak etdi. Baş nazir Əli Əsədov, helikopter qəzasında həlak olan şəxslər üçün təzə başsağlığı verdi. İki ölkə arasındakı dostluq və iş birliyi vurğulandı.

193503

Mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhəridə keçirilən rəsmi anım mərasimində iştirak edib. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Baş nazir Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti, Prezidentin vəzifəsini icra edən Məhəmməd Moxberlə görüşərək ona Azərbaycan Respublikasının Prezidenti, hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verdi. 

Bildirildi ki, böyük dövlət xadimi, görkəmli siyasətçi Seyid İbrahim Rəisi bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmətə həsr etmişdir. 

Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir. 
 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin