"Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində 1-5 may tarixləri tətil günləridir. Bu məsələ Nazirlər Kabinetinin Qərarında əks olunub".
Bizim.Media-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook"da yazıb.
MÖVZU İLƏ BAĞLI:
“Qapanmalar şagirdləri ciddi psixoloji gərginliyə gətirə bilər” – EKSPERT
O bildirib ki, qeyd edilənlərə əsasən, cari tədris ilində də 1-5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.
Bizim.Media