Yeni Kaledoniyada küçələr döyüş meydanına çevrildi - VİDEO

Hazırda oxunan: Yeni Kaledoniyada küçələr döyüş meydanına çevrildi - VİDEO

193416

Fransanın Sakit Okeandakı muxtar bölgəsi Yeni Kaledoniya adasında gərginlik artıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

Fransa parlamentində  Yeni Kaledoniya konstitusiyasını bölgədə yaşayan fransızların xeyrinə dəyişəcək qanun təklifi adada etirazla qarşılanıb.

Hadisələr zamanı 200 maşın və 50-dən çox iş yeri yandırılıb, 54 mühafizəçi yaralanıb, 82 nümayişçi saxlanılıb.

Paytaxt Noumea şəhərində komendant saatı elan edilib və ictimaiyyətə sakitlik çağırışı edilib.

Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı qanun layihəsinə görə, 10 ildir Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin