“Karyera qurub daha sonra evlənmək yaxşıdır. Biz elə bir zəmanədə yaşayırıq ki, ailədə kişi və ya qadın pul qazanmalıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu “Söhbət var” verilişində deyib.
Sənətçi bildirib ki, ailə qurmağı 30 yaşından sonra arzulayıb:
“Ailə, əslində qismət məsələsidir. 30 yaşına qədər ailə qurmaq haqqında düşünmürdüm. Çünki uşaqlıqdan hər zaman səhnədə olmaq istəmişəm. Müğənni olum, mahnılar oxuyum, hər zaman səhnədə olum, insanlar məni sevsin, dinləsin. Şükür ki, nə arzulamışam, bu günə kimi hamısına çatmışam. 30 yaşına çatdım və gördüm ki, istədiyim hər bir şeyə nail olmuşam. Evim, avtomobilim, qazancım, hər bir şeyim var. Baxdım sağıma-soluma, ətrafımdakı rəfiqələrim, dostlarımın hamısının ailəsi, uşaqları var. Məndə də belə bir arzu yarandı ki, mənim də ailəm olsun. Şükür ki, bugünkü gün o da oldu”.
Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla evlidir. Cütlüyün Ayla və Aida adlı iki övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:10 / 22.05.2024
Sevda Yahyayeva: “Ailədə kişi də, qadın da pul qazanmalıdır”
Hazırda oxunan: Sevda Yahyayeva: “Ailədə kişi də, qadın da pul qazanmalıdır”
Hazırda oxunan: Sevda Yahyayeva: “Ailədə kişi də, qadın da pul qazanmalıdır”
193410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.