Yeni layihə Çinin “Huawei” şirkətinə aiddir.
Şirkət cari ilin iyul ayında 2 peyk buraxmaq fikrindədir. Layihənin məqsədi altıncı nəsil mobil rabitə şəbəkələrinin (“6G”) şəbəkə texnologiyalarını yoxlamaqdan ibarətdir. Bunuçün şirkət Çinin digər iki şirkəti ilə də əməkdaşlıq edəcək.
MÖVZU İLƏ BAĞLI:
“Huawei” smartfonlarında “Google” bildirişləri ləğv ediləcək
Peyklərin buraxılışı ilə şirkət qlobal tədqiqatlarda və “6G” texnologiyasının hazırlanmasında aparıcı rol oynayacaq. Altıncı nəsil mobil rabitə şəbəkələrinin “5G” şəbəkələrindən 50 dəfə sürətli olacağı gözlənilir.
Yeni texnologiyanın mövcud texnologiyadan fərqi ondan ibarətdir ki, siqnalının ötürülməsi sırf peyklər üzərindəən həyata keçiriləcək. Heç bir Yerüstü stansiyaya ehtiyac qalmayacaq.
“Huawei” şirkətİ tərəfindən altıncı nəsil mobil rabitə şəbəkəsi 2030-cu ildə istifadəyə veriləcəyi bildirib.
Bizim.Media