Dünyaca məşhur cütlük Cennifer Lopez və Ben Afflekin ailəsi dağılmaq üzrədir.
Bizim.Media xəbər verir ki, Ben Cenniferdən boşanmağa ehtiyacı olduğunu anlayıb.
Bu barədə “PageSix” nəşrinə cütlüyün insayderi məlumat verib.
Mənbənin sözlərinə görə, 51 yaşlı aktyor Cennifer sevgisinə o qədər qapılmışdı ki, o, “düz düşünə bilmirdi”, amma aktyor artıq özünə gəlib.
“Əgər müvəqqəti dəlilik üzündən boşanmaq mümkün olsaydı, bunu edərdi. O, hiss edir ki, son iki il sadəcə qızdırma yuxusunda olub, indi isə özünə gəlib və bunun heç bir fayda vermədiyini anlayır”, - deyə insayder bildirib.
Qeyd edək ki, Cennifer və Benin evliliyində problemlər barədə şayiələr uzun müddətdir ki, gəzir. Sosial şəbəkə əhli dəfələrlə Ben Afflekin Cennifer Lopezlə birgə fotolarda xoşbəxt görünmədiyini vurğulayıblar.
Xatırladaq ki, Ben Afflek və Cennifer Lopez 2000-ci illərin əvvəllərində tanış olub və görüşməyə başlayıblar. 2003-cü ildə nişanlandıqlarını elan etsələr də, lakin tezliklə münasibətlərə ara verib və sonra toylarını tamamilə ləğv ediblər. Pandemiya zamanı ulduzlar yenidən ünsiyyət qurmağa başlayıb və münasibətlərinə bir şans daha vermək qərarına gəliblər. Cütlük 2022-ci ildə ailə həyatı qurub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:39 / 21.05.2024
Ben Afflek Cennifer Lopezdən AYRILMAQ İSTƏYİR
Hazırda oxunan: Ben Afflek Cennifer Lopezdən AYRILMAQ İSTƏYİR
Hazırda oxunan: Ben Afflek Cennifer Lopezdən AYRILMAQ İSTƏYİR
193295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.