Viza sadələşmə müqavilələri olan ölkələr üçün Şengen vizasının rüsumu dəyişməyəcək, 35 avro olaraq qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “report.az”ın Şengen vizasının qiymətinin iyunun 11-dən etibarən 90 avroya qədər artırılacağı barədə sorğusuna cavab olaraq Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib.
Qeyd edək ki, Sloveniya Xarici İşlər Nazirliyi Avropa Komissiyasının Şengen viza rüsumlarını 12 faiz artıraraq 90 avroya çatdırdığını açıqlayıb. Bununla belə Avropa Komissiyasından hələlik heç bir açıqlama yoxdur, qərarın bu həftə sonu açıqlanması planlaşdırılır.
Bildirək ki, bundan əvvəl Şengen vizası üçün ödəniş 60 avro idi. Lakin Azərbaycan Şərq Tərəfdaşlığı ölkəsi olduğu üçün vətəndaşları viza sadələşmə müqaviləsinə əsasən, 35 avro ödəyirdi.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:04 / 21.05.2024
Aİ: Azərbaycan vətəndaşları üçün Şengen vizasının rüsumu dəyişməyəcək
Hazırda oxunan: Aİ: Azərbaycan vətəndaşları üçün Şengen vizasının rüsumu dəyişməyəcək
Hazırda oxunan: Aİ: Azərbaycan vətəndaşları üçün Şengen vizasının rüsumu dəyişməyəcək
193286
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.