Arif Quliyevin videogörüntüsünü paylaşan tibb işçisi cəzalandırıldı

Hazırda oxunan: Arif Quliyevin videogörüntüsünü paylaşan tibb işçisi cəzalandırıldı

19325

"Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin xəstəxanadan görüntülərini sosial şəbəkələrdə və KİV-lərdə yayan şəxs cəzalandırılıb.

Bizim.Media xəbər verir ki, Klinikadan verilən məlumata görə, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır.

“Amma xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb.

Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib”, - açıqlamada belə deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin