Türk serialının çəkiliş meydanında dava düşdü

Hazırda oxunan: Türk serialının çəkiliş meydanında dava düşdü

19324

Üç mövsümdür ekranda olan "Bir zamanlar Çukurova" serialının çəkiliş meydanında son iki həftədir gərginlik yaşanır.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə də Fekeli obrazına həyat verən Kerem Alışıkla Demir rolunu ifa edən Murad Ünalmış arasında mübahisə olub.

Belə ki, Kerem Alışık ssenaridə bir səhnəni dəyişdirmək istədikdə həmkarı Murat Ünalmış buna etiraz edib.

Bundan sonra Kerem Muratı təhqir edib. Nəticədə onlar arasındakı gərginlik davaya çevrilib. Baş verənləri isə ekran işinin rejissoru Murat Saraçoğlu lentə alaraq serialı ərsəyə gətirən şirkətə göndərib.

Qeyd edək ki, bir müddət əvvəl serialda “Yılmaz” obrazını canlandıran aktyor Uğur Güneş də Kerem Alışıkla mübahisə edərək layihədən ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin