Gömrük rəsmiləşdirilməsi prosesinin asanlaşması ilə bağlı yeni PORTAL yaradılır – RƏSMİ 

Hazırda oxunan: Gömrük rəsmiləşdirilməsi prosesinin asanlaşması ilə bağlı yeni PORTAL yaradılır – RƏSMİ 

193239

“İdxal-ixrac portalını yaratmağa çalışırıq. Gömrüklə bərabər, digər orqanları da bu platformada birləşdirmək istəyirik".

Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov keçiirdiyi forumda səsləndirib. 

O bildirib ki, artıq müxtəlif nazirliklərlə bu barədə razılıq əldə olunub:

"İcazələr bir portalda ola bilər. Gömrük rəsmiləşdirilməsi daha asan proses olacaq. Bu, bizim qarşımızda duran ən vacib hədəflərdən biridir. Bununla da biz biləcəyik ki, hansı halda hansı məhsul sərhəddən keçməyib. Bunu ölçə bilən mexanizm olacaq. Səbəb məlum olacaq".

Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin