Kişiləri insan alveri qurbanına çevirən səbəblər hansılardır? – AÇIQLAMA 

Hazırda oxunan: Kişiləri insan alveri qurbanına çevirən səbəblər hansılardır? – AÇIQLAMA 

193226

İnsan alveri qurbanları arasında kişilərin sayı artıb. Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb. Məlumatda qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının 141 ölkəni əhatə edən son qlobal hesabatında bildirilib ki, istismarın yeni formaları ortaya çıxdıqca qurbanların böyük hissəsini kişilər təşkil edir.

Azərbaycanda da hər il xeyli sayda şəxs insan alverinin qurbanı olur. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında 2005-2023-cü illər ərzində insan alveri qurbanlarının cinsə görə bölgüsü yer alıb. Qeyd edilib ki, bu illər ərzində 1264 qadın, 86 kişi olmaqla, ümumilikdə 1350 nəfər insan alveri qurbanı olub.
 

MÖVZU İLƏ BAĞLI:

İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB 


Mayın 17-də parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli də insan alveri qurbanları arasında kişilərin sayının artmasının narahat doğurduğunu deyib.

Bəs kişiləri insan alveri qurbanına çevirən səbəblər hansılardır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyib ki, kişilər daha çox əmək bazarında istismar olunurlar:

“Burada müxtəlif səbəblər ola bilər, xüsusilə, kişilərin əmək bazarında istismarı məqsədilə bunu edə bilərlər. Müəyyən seksual xarakterli və başqa istismar vasitələri də düşünülə bilər. Hər halda bunun təsnifatını müvafiq qurum və koordinator aparır, bununla bağlı cəmiyyəti bilgiləndirir”.

Deputat son vaxtlar insan alverinə qarşı ciddi mübarizə aprıldığını bildirib:

“Son vaxtlar bu tendensiyanın azalan istiqamətini görürük. İnsan alveri qurbanlarının açıq formada həyata keçirilməsi mümkün deyil və bununla sərt mübarizə aparılır. Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi bu istiqamətdə təqdirəlayiq fəaliyyət göstərir. Hesab edirəm ki, bu məsələlər daha ciddi şəkildə nəzarətdə saxlanılacaq. Çünki çox vacib məsələlərdən biridir, hər hansı şəkildə prosesdə insanların sıxıntı içində olmasına imkan tanımaq mümkün deyil. Mütləq insanların hüquqları qorunmalı və bu insanlar arxasında dövlətin gücünü hiss etməlidirlər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin