Rəisinin ölümü ilə bağlı Türkiyədə bir günlük milli matəm ELAN EDİLDİ

Hazırda oxunan: Rəisinin ölümü ilə bağlı Türkiyədə bir günlük milli matəm ELAN EDİLDİ

193150

İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olması ilə əlaqədar Türkiyədə bir günlük milli matəm elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı bildirib.

Qeyd edək ki, İranda hadisə ilə bağlı 5 günlük milli matəm elan edilib. Bundan əlavə, Livan, Pakistan, İraq, Suriya və Tacikistanın hakimiyyət orqanları da matəm elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin