Nazirlər Kabinetində “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılan müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi istisna olmaqla), hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət hərbi-həkim komissiyalarına həvalə olunur.
Qərarla ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir.
Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə həvalə olunur.
Qərarla bağlı daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz:
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:07 / 20.05.2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət VERİLDİ
Hazırda oxunan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət VERİLDİ
Hazırda oxunan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət VERİLDİ
193117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.