İran prezidentinin həyatını itirdiyi helikopter qəzasının yeni görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, fotolar İran mətbuatında yer alıb.
Bildirilib ki, görüntülərdə İbrahim Rəisinin dağıntılar altından çıxarıldığı və meyitinin xilasedici qrup tərəfindən aparıldığı anlar əks olunub.
Xatırladaq ki, helikopter qəzasında prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi və 3 pilot həlak olub.
Bizim.Media