Valideynlərə XƏBƏRDARLIQ – “Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun”

Hazırda oxunan: Valideynlərə XƏBƏRDARLIQ – “Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun”

193081

Son zamanlar oyuncaq mağazalarında uşaqlar üçün qəribə oyuncaqlar satılır. Bəziləri hansısa cizgi filminin personajının kukla forması, bəziləri isə kiminsə təxəyyülünün məhsuludur. 

Valideynlər də uşaqların istəklərinə qarşı gəlməyərək həmin vahiməli hesab edilən oyuncaqları övladlarına alırlar. Amma bu oyuncaqların onların dünya görüşünə, formalaşmaqda olan təxəyyülünə necə təsir edəcəklərini bilmirlər.

Psixoloq Gülnar Orucova mövzu ilə bağlı Bizim.Media-ya danışıb. 

O, uşaqların həmin yaşda qorxunu dərk etmədiklərini deyib:

“Son dönəmlərdə uşaq oyuncaqları həm də zərərli maddələrdən hazırlanır. Bu da uşaqların səhhətinə mənfi təsir göstərə bilir. Bəzi oyuncaqlar var ki həddən artıq qorxunc olur və uşaqlar bununla oynayanda qorxunu dərk etmirlər. Amma bu sonradan özünü göstərir. Yəni bu oyuncaqlar əsasən bizə qorxulu görünür. Çünki əvvəlki zamanla müqayisə edəndə bəzi gəlinciklərin çox qorxunc olduğunu görürük, fərqində oluruq”.

Psixoloq oyuncaqların cinsiyyət təyini məsələsinə də toxunub:

“Oyuncaqları cinslərinə görə ayırırlar, müəyyən yaşda uşaqlar bunu aydınlaşdıra bilmir, suallar verirlər. Uşağın cinsi tərbiyəsi də ailədə və məktəbəqədər müəssisədə verilir, daha doğrusu, mütləq verilməlidir. Valideynsə uşağının pis söz danışdığını düşünür və onu susdurmağa çalışır. Sonra da kuklanı kənara atır və həmin oyuncaqla oynamağı qadağan edir”.

O hesab edir ki, uşağa oyuncaq alarkən onun uşağa təsirini düşünmək lazımdır:

“Uşaqlarımıza oyuncaq alanda mütləq oyuncağın hansı məqsəd daşıdığını, oyuncağı niyə aldığımızı, onun uşağımızda hansı izlər buraxacağını, beyninin hansı istiqamətini inkişaf etdirəcəyini düşününərək almalıyıq. Uşaqların təxəyyülü 4-5 yaşlarında çox yüksək olur, bəzən həqiqətən oyuncağı beynində uydurduğu obrazlarla qarışdırır. Buna görə də həqiqətən uşaqda qorxu, narahatlıq, gərginlik, yuxu pozuntuları kimi problemlərə yol aça bilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin