Yusif Ağayev 15 il küsülü olduğu Röyadan DANIŞDI: “Barışacağımıza inanmıram” – VİDEO 

Hazırda oxunan: Yusif Ağayev 15 il küsülü olduğu Röyadan DANIŞDI: “Barışacağımıza inanmıram” – VİDEO 

193023

Məşhur televiziya aparıcısı Yusif Ağayev Xalq artisti Röya Ayxanla aralarında yaşanan qalmaqaldan söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Yusif onun yaradıcılığına və şəxsi həyatına həsr olunan “ O üz” verilişində danışıb. 

Y.Ağayev bildirib ki, 15 ildən çoxdur ki, Röya ilə danışmır: 

“15 ilə yaxındır ki, Röya ilə qətiyyən münasibətim yoxdur. 2012-ci ilin yay fəsli idi. Röya ATV kanalına gəlmişdi. Uzaqdan məni gördü. Mənə baxıb, üz ifadəsi “180 dərəcə” dəyişdi. Çox üzüldüm ki, əvvəlki olan münasibət yoxdur. Arxivimə baxıram və görürəm ki, verilişlərimin əksəriyyətində qonaq məhz Röya Ayxan olub. Əfsuslar olsun ki, 15 ildən artıqdır ki, münasibət və salamımız yoxdur.

Röya ilə aramda xoş olmayan telefon bağlantısı, dialoq oldu. Bundan sonra da hər şey bitdi. Amma nə olursa olsun, mən insanları bağışlayıram. Bəndə nə karədir ki… Yetər ki, səhvlərimizi Allah bağışlasın. Oldu da… Neqativlik qarşı tərəfdən, yəni Röyadan gəlmişdi. Mən insanlara necə münasibət bəsləyirəmsə, əvəzində də o münasibəti istəyirəm. Onu görməyəndə isə mən qırılıram.

Bundan sonra bizim barışacağımıza və münasibətlərimizin yaxşı olacağına inanmıram. Bu hadisələrdən sonra yenə də verilişim oldu. Amma ora onu dəvət etmədim. Etsəydim də, Röya gəlməyəcəkdi. İnsanda biraz da olsa qürur olur. O qürurumun da çərçivəsi olub. Mən də o əndazədən və çərçivədən çıxmaq istəmirəm”. 
Qeyd edək ki, Yusif Ağayev illər əvvəl Röya Ayxanın oxuduğu və hitə çevrilən “Eşqim” və “Mən danışıram rəqsdən” mahnılarının sözlərinin müəllifidir. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin