Mənzil tikinti kooperativləri (MTK) mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər. Bu, evlərin təsnifatlaşdırma və qeydiyyata cəlb olunması ilə bağlı hazırlanan yeni normativ hüquqi sənədlərdə nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, mövzuya əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev münasibət bildirib.
Onun sözlərinə görə, ümumi sahəsi böyük olan mənzillərin satışında problem olduğundan MTK-lar həmin yaşayış mənzillərini bölərək satır:
"Bu isə çıxarış almaq istəyərkən problemlər yaradır. Daşınmaz əmlakın elektron reyestr və kadastr informasiya sistemi bütün növ əməliyyatların tam elektronlaşdırılması və elektron qaydada həyata keçirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən bildirilib ki, əgər rəsmi qaydada layihəyə dəyişiklik edilməyibsə, şəhərsalma qaydalarına uyğun olaraq layihə təsdiqlənməyibsə, MTK özü fiziki vəziyyət yaradaraq alqı-satqı edə bilməyəcək.
Elnur Fərzəliyevin sözlərinə görə, portalda mənzilin hər bir otağının, hər bir yaşayış və köməkçi sahənin yerləşmə mövqeyi əksini tapacaq və vətəndaş aldığı mənzilin bütün məlumatlarını görə biləcək.
Ekspert qeyd edib ki, yeni sistemlə eyni mənzilin bir neçə şəxsə satılmasının da qarşısı alınacaq:
"Bir şəxsə satıldıqdan sonra həmin mənzil bloklanacaq və ikinci, üçüncü şəxslərə satılmasına yol verilməyəcək".
Ətraflı süjetdə:
- A-
- A
- A+
Cəmiyyət
22:40 / 19.05.2024
Eyni mənzilin bir neçə nəfərə satılma problemi aradan qalxır - VİDEO
Hazırda oxunan: Eyni mənzilin bir neçə nəfərə satılma problemi aradan qalxır - VİDEO
Hazırda oxunan: Eyni mənzilin bir neçə nəfərə satılma problemi aradan qalxır - VİDEO
Mənzil tikinti kooperativləri (MTK) mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər. Bu, evlərin təsnifatlaşdırma və qeydiyyata cəlb olunması ilə bağlı hazırlanan yeni normativ hüquqi sənədlərdə nəzərdə tutulub. Yeni sistemlə eyni mənzilin bir neçə şəxsə satılmasının da qarşısı alınacaq.
192956
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.